Evlərin və Ofislərin Təmizlənməsi

Evlərin və Ofislərin Təmizlənməsi

Təmiz ofis təkcə iş şəraitinin yaxşı olması ilə yanaşı həm də istənilən şirkətin vizit kartıdır. Düzdür hər bir ofis işçisi öz üzərinə düşən minimal təmizlik (iş masasının və kompüterin tozunun silinməsi) işini görməlidir. Ancaq bütün ofisin təmizlənməsi xüsusi təcrübə və peşəkarlıq tələb edən işdir.
Ofislərin təmizlənməsi özündə aşağıdakı işləri birləşdirir:
— Döşəmə örtüyünün nəmləndirmə üsulu ilə təmizlənməsi;
— Döşəmə və kavrolit örtüklərinin quru təmizlənməsi;
— Üstü açıq əşyaların tozunun silinməsi (şkaf, stol, tavan və s.);
— İstilik radiatorlarının, qapıların, güzgülərin və əlavə 
yuyulması;
— Müxtəlif materialdan olan ofis mebellərinin təmizlənməsi;
— Mətbəxin yığışdırılması;
— Sanitar qovşaqlarda (duş kabin, unitaz,santexnika, döşəmə və tavan kafelləri) yuyulması və dezinfeksiya edilməsi;
Təmirdən sonra evlərin təmizlənməsi
Tikinti işlərindən sonra ümumi təmizləmə çox zaman və güc tələb edir. Bundan başqa, bu mərhələ bahalı materiallar və xüsusi avadanlıq olmadan həyata keçirilə bilməz. Bunun üçün sizə xüsusi güclü tozsoranlar, kimyəvi vasitələr, cındırlar və sairə lazım olacaq. Bundan əlavə, təmirdən sonra təmizləmə buna hazır olmayan insanın səhhətinə çox zərərlidir. Havada uçan toz tənəffüs sistemi orqanlarına çox pis təsir edir, məişət kimyəvi vasitələri isə ciddi allergik reaksiyalar doğura bilər.
Bu problemlərdən uzaq olmaq üçün birbaşa bütün lazımi işləri tam həcmdə yerinə yetirməyə hazır olan peşəkarlara müraciət etməyiniz daha yaxşıdır. Yalnız mütəxəssislər qısa bir zamanda mənzili, fərdi evi və ya müasir ofisi ideal təmizləyə bilərlər. Bu səbəbdən əbəs yerə zaman sərf etmədən və pul xərcləmədən dərhal bu çox zəhmət və diqqət tələb edən prosesi öz üzərinə götürəcək təşkilata müraciət etməyizin daha yaxşıdır.
Şirkətimiz kosmetik və ya əsaslı təmirdən sonra səliqə-səhmanın yaradılması xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşır. İşlər xüsusi avadanlığın, müasir inventarın və effektiv, tamamilə təhlükəsiz kimyəvi vasitələrin köməyi ilə peşəkar səviyyədə təlim keçmiş işçi heyəti tərəfindən aparılır. Eyni zamanda qeyd edək ki, təmirdən sonra təmizlik işlərinin dəyəri münasib səviyyədədir, keyfiyyəti isə bütün ümidlərdən üstün olacaq.